AZ

AMB: Not emissiyası 5 dəfəyə yaxın azalıb

Bu ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 4,6 dəfə azalıb.

Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu ilin noyabr ayında və dekabr ayının ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7,66% və 7,79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627,3 milyon manat, dekabrın ötən dövründə isə 402,3 milyon manat olub.

“Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının məbləğini kəskin azaldıb”- deyə məlumatda qeyd olunub.

Seçilən
8
6
valyuta.az

9Mənbələr