AZ

Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notların həcmi dəfələrlə azalıb

Bakı. Trend:

Cari ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) emissiyaetdiyi notların həcmi 4,6 dəfə azalıb.

Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.

"Noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiqolaraq 7.66% və 7.79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb.Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pulbazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627.3mln. manat, dekabrın ötən dövründə isə 402.3 mln. manat olub. Pulsiyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və banksisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqlatətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarınındəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraqilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskinazaldıb", - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 18 dekabr tarixindəuçot dərəcəsini dəyişməz olaraq 7,25 faiz səviyyəsində saxlamaqqərarını qəbul edib. Həmçinin faiz dəhlizinin yuxarı və aşağıhədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsindədəyişməz qalıb.

Uçot dərəcəsinin dəyişməz saxlanması ilə bağlı qərar faktiki vəproqnozlaşdırılan inflyasiyanın hədəf diapazonu (4±2%) daxilindəolması və makroiqtisadi meyillərin təhlili nəzərə alınaraq qəbuledilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktikivə gözlənilən inflyasiya göstəriciləri, həmçinin daxili və xaricirisk amillərinin dinamikası nəzərə alınaraq qəbul ediləcək.

Mərkəzi Bank iqtisadi prosesləri təhlil etməyə və maliyyəbazarlarını monitorinq etməyə davam edir.

Seçilən
13
6
az.trend.az

9Mənbələr