AZ

Bakı-Quba-Rusiya ödənişli yolunda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Sürətli Keçid Kartı”nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərində 2,5,6 və 7 saylı, Sumqayıtda 2 saylı və Quba rayonunda “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

“Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək olar. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı” sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən “Sürətli Keçid Kartı”nı əldə etmələri xahiş olunur”, – deyə məlumatda bildirilir.

Seçilən
18
38
azpost.info

10Mənbələr