AZ

Azərbaycandakı ödənişli yolda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.

AzNews.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, kartı yolun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakıdakı 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.

Seçilən
15
32
aznews.az

10Mənbələr