AZ

Bu yoldan istifadədə ödəniş kartının tətbiqinə başlanıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, hazırda avtomobil yolundan “Sürətli Keçid Kartı" ilə paralel bank kartı vasitəsi ilə ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı” sahiblərinin istifadə etməsi nəzərdə tutulur.

“Sürətli Keçid Kartı”nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı,Sumqayıt 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.


Müəllif: Teleqraf.com
Seçilən
16
41
teleqraf.com

10Mənbələr