“Artıq dörd ildir ki icbari tibbi sığorta ölkəmizdə tətbiq olunur. Bu müddət ərzində səhiyyə sahəsində önəmli dəyişiklikər baş verib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev qeyd edib ki, Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığortanın tətbiqində iştirak edirlər.
“Tibbi xidmətləri vətəndaşlarımız üçün əlçatan olmasında tibb müəssisələrinin rolu danılmazdır. Bu baxımdan xəstəxana rəhbərlərinin bir araya gəlməsi tibb müəssisələrində innovativ həllərin tətbiqi, rəqabətə davamlılığının artırılması və digər aktual məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına və bütövlükdə səhiyyənin inkişafına xidmət edir.”
Mina Mikayılova