“Artıq dörd ildir ki, icbari tibbi sığorta ölkəmizdə tətbiq olunur.”
“İki sahil” xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri zamanı çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinin vacibliyindən danışıb:
“Artıq dörd ildir ki, icbari tibbi sığorta ölkəmizdə tətbiq olunur. Bu müddət ərzində səhiyyə sahəsində önəmli dəyişiklər baş verib. Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığortanın tətbiqində iştirak edirlər. Tibbi xidmətləri vətəndaşlarımız üçün əlçatan olmasında tibb müəssisələrinin rolu danılmazdır. Bu baxımdan xəstəxana rəhbərlərinin bir araya gəlməsi tibb müəssisələrində innovativ həllərin tətbiqi, rəqabətə davamlılığının artırılması və digər aktual məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına və bütövlükdə səhiyyənin inkişafına xidmət edir.”