AZ

İngiltərədə 2050-ci ilə qədər daşqın təhlükəsi barədə xəbərdarlıq edilib

İngiltərədə 2050-ci ilə qədər təxminən 6 milyon bina su altında qala bilər.

Bu barədə Britaniyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EA) dekabrın 17-də öz hesabatında məlumat verib.

“İngiltərədə təxminən 6,3 milyon mülk (evlər və bizneslər) bir və ya bir neçə mənbədən daşqın riski altında olan ərazilərdədir”, - agentliyin hesabatında deyilir.

Bildirilir ki, iqlim dəyişikliyi səbəbindən səth sularının daşması riski altında olan binaların ümumi sayı əsrin ortalarına qədər 8 milyona qədər arta bilər.

Seçilən
9
3
aznews.az

4Mənbələr