AZ

İngiltərədə 6 milyon binasu altında qala bilər

İngiltərədə 2050-ci ilə qədər təxminən 6 milyon bina su altında qala bilər.

Gundem.az xəbər verir ki, bu barədə Britaniyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EA) məlumat yayıb. 

“İngiltərədə təxminən 6,3 milyon mülk (evlər və bizneslər) bir və ya bir neçə mənbədən daşqın riski altında olan ərazilərdədir”, - agentliyin hesabatında deyilir.

Bildirilir ki, iqlim dəyişikliyi səbəbindən səth sularının daşması riski altında olan binaların ümumi sayı əsrin ortalarına qədər 8 milyona qədər arta bilər.

Böyük Britaniya üçün bu vəziyyət iqtisadi problemlərə gətirib çıxaracaq.

Seçilən
4
3
gundem.az

4Mənbələr