AZ

Türkiyə “Həyat Təhrir əl-Şam”ın terror təşkilatı olmadığını bildirib

“Həyat Təhrir əş-Şam” qruplaşması faktiki olaraq terror təşkilatı deyil.

“Habertürk” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü (AK Partiya) Ömər Çelik mətbuat konfransında danışıb.

“Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culani Avropa İttifaqı ilə əlaqələr qurub. Hamı ilə əlaqə yaradıb. “Həyat Təhrir əş-Şam” hazırda terror təşkilatları siyahısındadır, lakin bu, dəyişəcək. “Həyat Təhrir əş-Şam” faktiki olaraq terror təşkilatı deyil”, - deyə o qeyd edib.

O xatırladıb ki, ötən həftə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə Əbu Məhəmməd əl-Culani görüş keçirib.

Report.az

Seçilən
0
3
qaziler.az

6Mənbələr