AZ

Bakıda evdən 10 min manatlıq oğurluq

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Seçilən
7
21
7times.az

10Mənbələr