AZ

Bakıda evdən 10 min manatlıq oğurluq olub

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.
 
Məlumata görə, faktla bağlı araşdırma aparılır.
 
 
Seçilən
0
21
moderator.az

10Mənbələr