AZ

Prezident Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac olmadığını bildirib

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını cavablandırıb.

Demokrat.az xəbər verir ki, dövlət başçısı buna ehtiyac olmadığını deyib.

“Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə Azərbaycan lideri vurğulayıb.

Seçilən
7
1
demokrat.az

10Mənbələr