Bakı. Trend:
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtıbarədə seçicilərin məlumatlandırılmasına dair Bildirişlərin mətni,forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
Trend xəbərverir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK)dekabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovbildirib ki, bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılmasıüçün MSK tərəfindən 6 milyon 52 min 721 bildiriş çap olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda seçicilərin sayı 5 milyon 876min 428 nəfərdir.