Bakı, TurkicWorld
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair Bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
TurkicWorld xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün MSK tərəfindən 6 milyon 52 min 721 bildiriş çap olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda seçicilərin sayı 5 milyon 876 min 428 nəfərdir.