AZ

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın iclası keçiriləcək - Paşinyanın müavini

Bakı. Trend:

Yaxın günlərdə Ermənistan və Azərbaycan arasında sərhədindelimitasiyası üzrə Komissiyanın növbəti iclası baş tutacaq.

TrendErmənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ErmənistanınBaş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.

O, açıqlamasında Ermənistanın Azərbaycana sülh sazişi ilə bağlıyeni təkliflər təqdim etdiyini, lakin rəsmi cavab alınmadan butəkliflərin detalları haqqında danışmağı məqsədəuyğun hesabetmədiyini qeyd edib.

M.Qriqoryan tərəflər arasındakı görüşlərdən sonra ictimaiyyətəonların nəticələri ilə bağlı informasiyanın çatdırıldığınıxatırladıb.

“Bundan artıq heç nə deyə bilmirəm, çünki bizim aramızda müvafiqrazılaşma var. Yalnız onu deyə bilərəm ki, bu razılaşmaya əməledirik və bu, çox yaxşıdır. Mən düşünürəm ki, yaxın vaxtlardanövbəti görüş baş tutacaq.

Lakin onun vaxtı ilə bağlı heç nə deyə bilmərəm. Sualınıza daona görə cavab verirəm ki, prosesin dayandığını düşünməyəsiniz. Buproses davam edir. Bizim aramızda razılaşma var idi ki, reqlamentqüvvəyə mindikdən sonra görüşüb birgə fəaliyyəti davam etdirək.

Eyni zamanda, regional nəqliyyat kommunikasiyalarının açılmasıilə bağlı danışıqların getdiyini də deyə bilməyəcəyəm. Sadəcə onusöyləyə bilərəm ki, qarşı tərəfə təqdim etdiyimiz təkliflərə cavabgözləyirik”, - o deyib.

Məqalədə:
Seçilən
10
7
az.trend.az

8Mənbələr