Almaniya kansleri Olaf Şolts və NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna üzrə qeyri-rəsmi görüşü planlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Volfqanq Büxner məlumat verib.
“Bu gün Aİ-nin bir neçə ölkəsi Brüsseldə NATO-nun baş katibi və Vladimir Zelenski ilə görüşür. Həmçinin bu gün NATO baş katibinin dəvəti ilə bir sıra NATO ölkələrinin qeyri-rəsmi görüşü keçiriləcək və bu toplantıda Federal Kansler Şolts iştirak edəcək”, - Büxner brifinq zamanı bildirib.
Müəllif: Arzu