Bu gün axşam Brüsseldə Almaniya kansleri Olaf Şolts və bir sıra digər ölkələrin başçılarının NATO-nun Baş katibi Mark Rütte ilə Ukrayna mövzusunda qeyri-rəsmi görüşü planlaşdırılıb.
Bunu Almaniya hökumətinin rəsmisi Volfqanq Büxner bildirib.
"Bir neçə Aİ ölkəsinin başçıları bu gün Brüsseldə NATO-nun Baş katibi Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Həmçinin bu gün NATO-nun Baş katibinin dəvəti ilə alyansın bir neçə ölkəsinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüşdə federal kansler Şolts da iştirak edəcək", - o bildirib.
"Cebheinfo.az"