AZ

Azərbaycan çempionatında ilin son oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 2024-cü ilin son oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, IV turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Saat 15:00-da “Gəncə” doğma meydanda UNEC-i qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da "Abşeron" "Azərreyl"lə, iki saat sonra isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal"la üz-üzə gələcək.

Qeyd edək ki, 3 turdan sonra "Abşeron" 8 xalla liderdir. İkinci sıradakı "Azərreyl" də eyni xala malikdir. Üçüncü yerdəki "Gəncə"nin və dördüncü mövqedəki "Murov Az Terminal"ın 4 xalı var. “Milli Aviasiya Akademiyası” 3 xalla beşinci, bütün görüşlərdə uduzan UNEC sonuncu pillədə qərarlaşıb.

Azərbaycan çempionatında III turun proqramı açıqlanıb

“Azərreyl”, “Gəncə” və “Abşeron”dan qələbə

Bu gün Yüksək Liqasında III turun oyunları keçiriləcək

AVF növbəti dəfə məşqçi kursu təşkil edəcək

Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək

Seçilən
0
5
apasport.az

7Mənbələr