Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 2024-cü ilin son oyunları keçiriləcək.
"Far.Az"un məlumatına görə, IV turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.
Saat 15:00-da “Gəncə” doğma meydanda UNEC-i qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da "Abşeron" "Azərreyl"lə, iki saat sonra isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal"la üz-üzə gələcək.
Qeyd edək ki, 3 turdan sonra "Abşeron" 8 xalla liderdir. İkinci sıradakı "Azərreyl" də eyni xala malikdir. Üçüncü yerdəki "Gəncə"nin və dördüncü mövqedəki "Murov Az Terminal"ın 4 xalı var. “Milli Aviasiya Akademiyası” 3 xalla beşinci, bütün görüşlərdə uduzan UNEC sonuncu pillədə qərarlaşıb.