AZ

Papaya İraqda sui-qəsd planlaşdırılıbmış

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin İraqa səfəri zamanı ona sui-qəsd planlaşdırılıbmış.

Oxu24.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. 

Bildirilir ki, Papa Fransisk 2021-ci ilin martında Bağdada tədbirdə çıxışı zamanı kamikadzelərin onu öldürməyi planlaşdırdıqları barədə məlumat alıb. İtaliyanın “Corriere della Sera” qəzetinin yaydığı məlumatlara görə, sui-qəsdi təşkil edən hər iki şəxs zərərsizləşdirilib.  

Kəşfiyyat məlumatlarına əsasən, sui-qəsd planını Britaniya tərəfi aşkar edib və onlar İraq polisinə məlumat veriblər. 

"Gənc kamikadze olan qadın papanın ziyarəti zamanı özünü partlatmaq üçün Mosula gedirmiş”, - deyə məlumatda qeyd olunub. 

Koronavirus pandemiyası zamanı üç gün ərzində reallaşan səfər papanın İraqa ilk səfəri olub və intensiv təhlükəsizlik əməliyyatları ilə müşayiət olunub.

Seçilən
1
2
oxu24.com

3Mənbələr