Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin İraqa səfəri zamanı ona sui-qəsd planlaşdırılıbmış.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Bildirilir ki, Papa Fransisk 2021-ci ilin martında Bağdada tədbirdə çıxışı zamanı kamikadzelərin onu öldürməyi planlaşdırdıqları barədə məlumat alıb. İtaliyanın “Corriere della Sera” qəzetinin yaydığı məlumatlara görə, sui-qəsdi təşkil edən hər iki şəxs zərərsizləşdirilib.
Kəşfiyyat məlumatlarına əsasən, sui-qəsd planını Britaniya tərəfi aşkar edib və onlar İraq polisinə məlumat veriblər.
“Gənc kamikadze olan qadın papanın ziyarəti zamanı özünü partlatmaq üçün Mosula gedirmiş”, – deyə məlumatda qeyd olunub.
Koronavirus pandemiyası zamanı üç gün ərzində reallaşan səfər papanın İraqa ilk səfəri olub və intensiv təhlükəsizlik əməliyyatları ilə müşayiət olunub.\\Unikal