AZ

Bakı sakininin 60 min dolları dələduzluqla ələ keçirildi

Bakı sakininin 60 min dolları dələduzluqla ələ keçirilib.

Bu barədə “Yeni Gundem”-ə DİN-dən bildirilib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Pollis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
1
24
yenigundem.az

10Mənbələr