AZ

Bakıda dələduzluq yolu ilə sakinlərin pulunu ələ keçirən şəxslər saxlandı

Image

Bakıda dələduzluq yolu ilə sakinlərin pulunu ələ keçirən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 9-cu Pollis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.

Eyni zamanda, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD





Seçilən
1
22
baki-xeber.com

10Mənbələr