Bakıda dələduzluq yolu ilə sakinlərin pulunu ələ keçirən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Səbail RPİ 9-cu Pollis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.
Eyni zamanda, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD