AZ

Qahirədə Azərbaycanın D-8-ə üzvlüyü ilə bağlı qərar qəbul edilə bilər - EKSKLÜZİV

Qahirədə keçirilən D-8 sammitində Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı qərar qəbul edilə bilər.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın saatlarda belə qərarın veriləcəyi gözlənilir.

Qeyd edək ki, D-8 1996-cı ildə İstanbulda Türkiyənin təşəbbüsü ilə yaradılmış iqtisadi təşkilatdır. Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan təşkilatın üzvləridir.

Seçilən
44
2
apa.az

3Mənbələr