AZ

Qahirədə Azərbaycanın D8-ə üzvlüyü ilə bağlı qərar qəbul edilə bilər

Qahirədə keçirilən D8 sammitində Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı qərar qəbul edilə bilər.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi xəbərə görə, yaxın saatlarda belə qərarın veriləcəyi gözlənilir.

Qeyd edək ki, D8 1996-cı ildə İstanbulda Türkiyənin təşəbbüsü ilə yaradılmış iqtisadi təşkilatdır. Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan təşkilatın üzvləridir.

Seçilən
0
2
azpolitika.info

3Mənbələr