"“Gənc psixometrik” təcrübə proqramına qəbul elan edirik və saytımızda müvafiq bölmədən qeydiyyatdan keçə bilərlər".
APA xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə jurnalsitlərə açıqlamasında deyib.
"Dövlət İmtahan Mərkəzinin yeni “Gənc psixometrik” təcrübə proqramı üç ay müddətində davam edəcək. Təcrübə proqramının əsas məqsədi təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaqdır".
DİM sədri qeyd edib ki, təcrübə proqramına gənc müəllimlər, universitetlərin, magistaturanın son kursunda oxuyan gənclər, xüsusən də, riyaziyyat, infirmatika və statistika üzrə təhsil alan gənclər müraciət edə bilərlər.
Üç aylıq təcrübə proqramına qoşulan bu gənclər proqramı bitirdikdən sonra DİM tərəfindən əməkdaşlıga dəvət ediləcək.
Məleykə Abbaszadə onu da qeyd edib ki, hazırda əmək bazarında psixometriya sahəsində kadrlara ciddi ehtiyac var.