AZ

Əli Əsədov: Azərbaycan qlobal problemlərin həllinə öz töhfəsini verir

Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir.

FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi və COP29-a evsahibliyi beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir:

"Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir".

Baş nazir fürsətdən istifadə edərək COP29-un işinə verdiyi mühüm töhfəyə görə D-8 üzvlərinə təşəkkürünü bildirib.

Seçilən
11
4
fed.az

5Mənbələr