AZ

Əli Əsədov: Azərbaycan qlobal problemlərin həllinə öz töhfəsini verir

Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi və COP29-a evsahibliyi beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir:

"Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir".

Baş nazir fürsətdən istifadə edərək COP29-un işinə verdiyi mühüm töhfəyə görə D-8 üzvlərinə təşəkkürünü bildirib.

Seçilən
0
4
operativmm.az

5Mənbələr