Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.
Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub. Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.