AZ

Xalq rəssamı vəfat etdi

Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev dünyasını dəyişib

OLAY yazır ki, bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, T.Ağababayev, bu gecə 97 yaşında dünyasını dəyişib.

Rəssam bu gün saat 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, o, 1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib.

phrase_var_article.chosen
9
17
olay.az

10phrase_var_article.sources