Xalq rəssamı, Bakının ilk baş rəssamı olmuş Tofiq Ağababayev vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə sosial şəbəkə hesabında yayıb.
Məlumata əsasən, o, bu gecə 97 yaşında dünyasını dəyişib.
Tofiq Ağababayevlə bu gün saat 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Qeyd edək ki, T. Ağababayev 1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2008-ci ildə ona Prezidentin fərdi təqaüdü ayrılıb. 2023-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
"Cebheinfo.az"