İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.
Viral.az xəbər verir ki, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.
Son Yazılar:
- İtkin düşmüş şəxsin meyiti transformatorda TAPILDI
- Rayonlarda və Bakıda qısamüddətli yağış yağıb
- Ucarda qadın yıxılaraq ÖLDÜ
Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.
Onun cərəyan vurmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır