İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.
Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.
Onun cərəyan vurmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.