AZ

Bəhruz Əzimov: "TTKF-dən yararlanmış 6500-dən çox tələbə məzun olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Təhsil Tələbə Krediti Fondunun (TTKF) yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur. 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfər, 1 069 ailədə 2 nəfər, ümumilikdə isə 2 318 nəfər tələbə adı qazanaraq təhsil tələbə krediti alıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri TTKF-nin 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə qurumun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
O qeyd edib ki, TTKF-dən yararlanmış 6 500-dən çox tələbə məzun olub və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başlayıb:
"Sosial kredit almış 173 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb. 400-ə yaxın standart kredit almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min manat olub".
Məhərrəm Əliyev
Seçilən
19
50
oxu.az

10Mənbələr