AZ

Pentaqonun gizli əməliyyatı: ABŞ nümayəndələri ölümcül təhlükəli virusu Afrikadan necə oğurladılar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "Metabiota" şirkətinin nümayəndələri ölümcül təhlükəli ebola virusunun nümunələrini qanunsuz olaraq Afrikadan çıxarıblar və ABŞ Quru Qoşunlarının Yoluxucu Xəstəliklər üzrə Elmi-Tədqiqat İnstitutuna təhvil veriblər.
Oxu.Az-ın verdiyi məlumata görə, sensasiyalı bəyanatla Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunları rəisinin müavini general-mayor Aleksey Rtişev brifinqdə çıxış edib.
O, 2014-cü ildə Syerra-Leonedə ebola qızdırması ilə mübarizədə iştirak edən beynəlxalq ekspert qrupunun hesabatına istinad edib.
"Sənədə əsasən, "Metabiota" əməkdaşları işlərə Pentaqon əməkdaşlarının cəlb edilməsi faktlarını gizlədiblər. Bu gizli fəaliyyətin əsas məqsədi virusun virulent ştamlarının ayrılması və sonradan qaçaqmalçılığı olub. Nəticədə ebola virusunun nümunələri şirkət nümayəndələri tərəfindən qanunsuz olaraq çıxarılaraq ABŞ Quru Qoşunlarının Yoluxucu Xəstəliklər üzrə Elmi-Tədqiqat İnstitutuna təhvil verilib", - deyə Rtişev bildirib.
O, həmçinin hazırda "Metabiota" şirkətinin Afrika ərazisindəki fəaliyyətinin dayandırıldığını xatırladıb.
Qeyd etmək lazımdır ki, ebola - dünyanın ən təhlükəli viruslarından biridir. Ondan ölüm hadisəsi 90%-ə çatır.
Seçilən
4
37
oxu.az

10Mənbələr