1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pakistan ordusu Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi üç antiterror əməliyyatı zamanı azı 13 silahlını məhv edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun Xidmətlərarası İctimai Əlaqələr idarəsi məlumat yayıb.
Məlumata görə, Pakistan ordusu Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan rayonlarını ekstremistlərdən təmizləmək üçün bir sıra tədbirlər həyata keçirib. Onların hədəfi qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşmasının (əvvəllər "Təhrik-i-Taliban Pakistan" kimi tanınıb) silahlıları olub.
Qarşıdurmalar zamanı 13 terrorçu öldürülüb, 16-sı yaralanıb. İdarənin məlumatına görə, əməliyyat zamanı bir əsgər həlak olub.