AZ

D-8 təşkilatına üzvlüyün iqtisadi cəhətdən perspektivi var

Azərbaycan D-8 təşkilatına üzv oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub: “Bu, bizim üçün qürur mənbəyidir”.

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın D-8-ə üzvlüyünü şərh edib.

Musavat.com xəbər verir ki, deputat üzvlüyün Azərbaycanın iqtisadi inkişafı üçün perspektivli olduğu qənaətindədir:

"Nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-I isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir. Bu dünya əhalisinin 16.0 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geo-siyasi mövqeyini daha da gücləndirəcək.
Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir. Təşkilat 15 iyun 1997-ci il tarixində yaradılmışdır. Yeni üzvlük ölkəmiz üçün xeyirli və düşərli olsun!"

Nigar HƏSƏNLİ,
Musavat.com

phrase_var_article.chosen
15
1
musavat.com

10phrase_var_article.sources