AZ

Türkiyənin Rusiyaya avtomobil ixracı 12,8% azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Rusiyaya avtomobil ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalıb və 786 milyon 453 min 5 dollar məbləğində olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2024-cü ilin noyabr ayında Türkiyə Rusiyaya 69 milyon 212 min 52 dollar dəyərində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 17,4 faiz azalma göstərir.

Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi avtomobil ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 33 milyard 731 milyon 566 min dollar olub.

Noyabr ayında isə Türkiyə 3 milyard 241 milyon 318 min dollar dəyərində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabrı ilə müqayisədə 2,3 faiz artım nümayiş etdirir.

Son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar dəyərində avtomobil ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
2
19
fins.az

10Mənbələr