“Bu günki konsertimə mənimlə bu sənətdə ilk addımlarını atan və mənimlə çiyin-çiyinə “Azəri star” yarışmasında iştirak edən qardaşım Ayaz Qasımovu şəxsən özüm dəvət etmişəm”.
OLAY yazır ki, bu sözləri Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Əməkdar artist Elton Hüseynəliyev media nümayəndələrinin suallarına cavablandırarkən deyib.
Sənətçi həmkarı Ayaz Qasımovu bu günki konsertinə dəvət etməsinin səbəblərində söz açıb:
““Azər Star” yarışması bitəndən sonra Ayazla getdik yemək yeməyə. O zaman cibimizdə bir metro jetonu vardı və bir “Məmmədəmin” pul vardı. Bu da qismətdən belə imiş. Ayaz mənə dedi ki, görəsən nə zamansa maşınım olacaq. Məndə cavab verdim ki, bir dənə klipimiz olsun sonra maşınımızda olar. Bu cür arzularımızla bölüşdük. Sonra “Azəri Star” bitdi. Mən bir çox sənət dostlarım var ki, xətrini istəyirəm, münasibətimiz var. Amma bu gün sırf konsertimə Ayazı dəvət etmişəm”.