AZ

Elton Hüseynəliyev: "Ən böyük dəstəkçim həyat yoldaşımdır"

"Bu gün mənim üçün ən gözəl gündür. Buna görə həyat yoldaşım və prodüserim Tamillə Hüseynəliyevə təşəkkür edirəm. Artıq 20 ildən çoxdur ki, sənət fəaliyyətindəyəm. Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etmək ən böyük arzum idi. Allaha şükür olsun ki, bu tarixə düşdü. Ən böyük arzularımdan biri də Şuşada konsert verməkdir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən əməkdar artist Elton Hüseynəliyev media nümayəndələrinin suallarına cavablandırarkən deyib: "Bu gün mənim üçün sənətdə illərlə zəhmət çəkib bu zirvəyə gəlməyiminin pik nöqtəsidir. Mənə sənətdə dəstək olan hər kəsə təşəkkür edirəm. Gələn ildən İncəsənət Universitetində müəllimlik fəaliyyətinə başlayacam".

İfaçı onu da vurğulayıb ki, sənətdə ən böyük dəstəkçisi həyat yoldaşıdır: "Ən böyük dəstəkçim sevimli həyat yoldaşımdır. Allah onu mənə çox görməsin".

Sənətçi bu günki konsertinə yalnız həmkarı Ayaz Qasımovu dəvət etdiyini deyib: "Konsertimə mənimlə bu sənətdə ilk addımlarını atan və mənimlə çiyin-çiyinə “Azəri Star” yarışmasında iştirak edən qardaşım Ayaz Qasımovu şəxsən özüm dəvət etmişəm. “Azər Star” yarışması bitəndən sonra Ayazla getdik yemək yeməyə. O zaman cibimizdə bir metro jetonu və bir “Məmmədəmin” pul vardı. Bu da qismətdən belə imiş. Ayaz mənə sual verdiki, görəsən nə zamansa maşınım olacaq? Məndə cavab verdim ki, bir dənə klipimiz olsun sonra maşınımız da olar. Bu cür biz arzularımızla bölüşdük. Sonra “Azəri Star” bitdi. Bir çox sənət dostlarım var ki, xətirlərini istəyirəm, münasibətimiz var. Amma bu gün sırf konsertimə Ayazı dəvət etdim”.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
3
1
teleqraf.com

4Mənbələr