Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.
***
08:10 Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.
Bu barədə Manset.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub. Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.
***
03:31 Dekabrın 21-də yerli vaxtla saat 03:01-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb. Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Zəlzələnin maqnitudası 4,6 bal olub.
Kələbəcər şəhərindən 25 km cənubda baş verən yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.