AZ

Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ oldu:DAĞINTI VƏ YA XƏSARƏT ALAN YOXDUR

Fövqəladə Hallar Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən zəlzələlər barədə məlumat yayıb.

 

Senzor.az bildirir ki, məlumatda deyilir: "Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb".

 

**06:38

 

Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

 

**04:16

 

Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ olub.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

 

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Seçilən
0
28
senzor.az

10Mənbələr