Milli Müdafiə Nazirliyi Böyük Britaniyaya məxsus iki "Eurofighter Typhoon" döyüş təyyarəsinin Ankaradakı Mürted Hava Baza Komandanlığına eniş etdiyini açıqlayıb.
QAZÍLER.AZ Milli.Az-a istinaden xəbər verir ki, təyyarələr Qətərdə keçirilən təlimdən geri dönərkən Türkiyənin Hərbi Hava Qüvvələrinin yoxlaması üçün eniş edib. Təyyarələri Böyük Britaniyanın Müdafiə, Təchizat və Sənaye üzrə Dövlət Naziri Maria Eagle, Türkiyənin Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu və digər yüksək rütbəli rəsmilər qarşılayıb.
Türkiyənin satın almaq üçün müraciət etdiyi bu müasir təyyarələr eniş zamanı iki F-16 döyüş təyyarəsi ilə müşayiət olunub. Müdafiə naziri Yaşar Gülər bildirib ki, "Eurofighter" təyyarələrinin alınması ilə bağlı müzakirələr müsbət istiqamətdə davam edir. 2023-cü ilin noyabrında Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin 40 ədəd "Eurofighter Typhoon" sifariş verəcəyini açıqlayıb. Bu təyyarələrin ümumi dəyərinin 5 milyard avro olması gözlənilir.
"Eurofighter Typhoon"un Texniki Xüsusiyyətləri
Sürət: 2.3 Max (2 495 km/saat)
Fasiləsiz Uçuş Məsafəsi: 2 800 km
Maksimal Yüksəklik: 19 km
Hündürlüyə Qalxma Sürəti: 2 dəqiqədə 11 000 metr
Uçuş-İstifadə Potensialı: 6 000 saat
Bu çoxməqsədli 4,5 nəsil təyyarə radarlarda zəif görünmə qabiliyyətinə, qısa məsafələrdən havaya qalxma imkanı verən delta qanad quruluşuna və müasir avionika sistemlərinə malikdir. Təyyarənin güclü mühərrikləri və yüksək manevr qabiliyyəti onu rəqibləri ilə müqayisədə üstün edir.
Türkiyənin bu təyyarələri seçməsi, onun həm müdafiə gücünü artırmaq, həm də müasir texnologiya ilə təmin olunmaq istəyini göstərir. Bu addım Türkiyə ilə Avropa arasındakı müdafiə əməkdaşlığını daha da gücləndirəcək.