Putin nəyin vacib, nəyin vacib olmadığını çox yaxşı bilir.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Fransa mediasına açıqlamasında deyib.
“Cənab Putin illərdir iqtidardadır. Bu da onu taktiki idarəçidən yaxşı bir strateji mütəfəkkirə çevirib. O nəyə investisiya qoymaq olar, bir şeyin davamlı olub-olmadığını çox yaxşı bilir. Ona görə də hesab edirəm ki, cənab Putin Suriya ilə bağlı son hesablamanı aparıb və bundan sonra davam etməmək qərarına gəlib”, - XİN başçısı deyib.
Bunun Putinin "Əsədi tərk etməsi" kimi qəbul edilə bilərmi sualına Fidan, “Tərk etdi” demək olarmı bilmirəm. Belə görünmür. Axı Əsəd indi Moskvadadır” deyə cavab verib.