1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranda rusiyalı sürücü qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telgram" kanalı məlumat yayıb.
Məlumata görə, Rusiyanın Tehrandakı səfirliyi İranın Astara şəhəri yaxınlığındakı parkda yük maşını sürücüsü, Dağıstandan olan Rusiya vətəndaşının güllə yaraları ilə cəsədinin tapıldığını açıqlayıb.
Bildirilir ki, Rusiya hökuməti İrandan dərhal araşdırma aparmağı və sərhəd-keçid məntəqəsində qayda-qanun yaratmasını istəyib.
Rusiya səfirliyi bildirib ki, "İranın Polis Komandanlığı Rusiyanın diplomatik nümayəndəlikləri ilə koordinasiyalı şəkildə məsələ ilə bağlı araşdırma aparır".