AZ

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i deməkdir.

Paralel.az  xəbər verir ki, bu rəqəmlər Ukrayna Maliyyə Nazirliyinin açıq məlumatlarına əsasən hesablanıb.

Bildirilir ki, eyni müddət ərzində Ukrayna büdcəsinin xərcləri 274.6 milyard dollar təşkil edib.

Qeyd olunur ki, Qərb Ukraynaya vəd edilən yardımdan (416 milyard dollar) 43% az vəsait təqdim edib. Eyni zamanda, Qərb hərbi təchizat sahəsində də vəd etdiyi yardımın 75%-ni köçürüb.

Ukraynanın ən böyük donoru ABŞ-dir. Vaşinqton Kiyevə 95 milyard dollardan çox pul verib. Bu vəsaitin böyük hissəsi - üçdə ikisi hərbi yardım şəklində verilib.

Aİ Ukraynaya 94.2 milyard dollar maliyyə və hərbi yardım köçürüb.(oxu.az)

Seçilən
5
8
paralel.az

10Mənbələr