AZ

Bakıda Din Xadimlərinin Forumu keçirilir

Bu gün Bakıda "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, forumda müvafiq dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak edəcəklər.

Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə keçiriləcək Foruma respublikamızın müxtəlif bölgələrindən dəvət edilmiş fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslam və qeyri-İslam dini icmaların rəhbərləri qatılacaqlar.

Tədbirin "Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış", "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu", "Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar" və "Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika" mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.

Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində "Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya" mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.

Xəbər yenilənəcək

phrase_var_article.chosen
0
34
day.az

10phrase_var_article.sources