Sumqayıtda 2014-cü il təvəllüdlü və daha azyaşlı idmançılar arasında keçirilən stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.
100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutublar.
Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olublar.
Fərqlənən idmançılara Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.